
@bbcnewsazeriAug 31, 2026 · 1:01 · original sound - BBC News Azərbaycanca
Əliyevlə və Paşinyan Bişkekdə görüşüb #xəbərlər #ilhaməlieyev #nikolpaşinyan İlham Əliyev və Nikol Paşinyan Bişkekdə görüşüblər. Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Qırğızıstanın paytaxtına Şanxay Əməkdaşlıq Təşkilatının Plus sammitində iştirak etmək üçün gediblər. Liderlər sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyətinin davam etdirilməsinin vacibliyini vurğulayıblar, Azərtac yazıb. Onlar həmçinin "Tramp Marşrutu" layihəsi barədə növbəti addımları müzakirə ediblər. İki ölkə arasındakı etimad quruculuğu təşəbbüslərinin əhəmiyyətindən də danışıblar. Tərəflər birbaşa ikitərəfli təmaslar vasitəsilə sülh prosesinin irəlilədilməsi, münasibətlərin normallaşdırılması və regional bağlantıların gücləndirilməsi işlərinin davam etdirmək barədə razılığa gəliblər. Bu, Nikol Paşinyanın yenidən baş nazir seçilməsindən sonra iki liderin ilk üzbəüz görüşü hesab olunur. Bundan əvvəl onların son məlum görüşü 2026-cı ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutmuşdu. Azərbaycan və Ermənistan sülh sazişinin mətnini razılaşdırdıqlarını bəyan ediblər. Ancaq tərəflər hələ də yekun sülh müqaviləsini imzalamayıblar.
2.81% ERengagement of this clip — below the author's average (3.00%)
top 40%outperforms 60% of the author's clips
82%of the author's average views