
@bbcnewsazeriAug 28, 2026 · 2:53 · original sound - BBC News Azərbaycanca
Yeni su tarifləri sosial şəbəkələrdə tənqid olunur #xəbərlər #azərbaycan #su Azərbaycanda Xəzərin, çayların, göllərin və yer altındakı suların sənaye məqsədi ilə istifadəsi pullu olacaq. Sentyabrın 1-dən qüvvəyə minəcək rüsumlar haqqında qərarı Nazirlər Kabineti apreldə verib. Sahibkar mühərriklə çaydan, göldən və yeraltı sulardan su götürüb təsərrüfat fəaliyyətində istifadə edirsə, ona görə rüsum ödəyəcək. Bu qərarla bağlı sosial şəbəkələrdə çoxlu tənqidi şərhlər yazılıb. Şərhlərdə ən çox səslənən narahatlıqlar kənd təsərrüfatı xərclərinin artması, məhsul qiymətlərinin bahalaşması, kəndlərdə su çatışmazlığının daha da dərinləşməsi barədə olub. Bəzi sosial media istifadəçilərinin fikrincə isə, bu qərar bölgələrdən əhalinin köçünün sürətlənməsinə təsiri edəcək. Müzakirələrdə çox az istifadəçi rəsmi qərarla razılaşıb. Qərarda yazılır ki, vətəndaşlar ümumi istifadədə olan su mənbələrindən şəxsi ehtiyacları üçün ödənişsiz istifadə edə bilərlər. Bura mal-qaranın suvarılması, texniki qurğu olmadan su götürülməsi, həvəskar balıqçılıq və digər gündəlik ehtiyaclar daxildir. Artezian quyusu olan kəndli də öz torpağında olan quyudan sənaye məqsədi olmadan istifadə etsə, bu ödənişsiz olacaq.
6.68% ERengagement of this clip — above the author's average (3.00%)
top 20%outperforms 80% of the author's clips
164%of the author's average views